Kateqoriyasız

“Neftçi”ni gözləyən komandalar – “Makkabi” və “Torshavn”

Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Avropa Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin HİK-lə təşkil etdiyi cütün məğlubunun da potensial rəqibləri məkum olub.

“Ağ-qaralar” Finlandiya təmsilçisini keçə bilməsələr, Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail)/”Torshavn” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

“Neftçi” HİK-i mübarizədən kənarlaşdırsa, Avropa Liqasının pley-offunda Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43