27 Dekabr 2024
Müsahibə

“Neftçi”ni Maradonasayağı məyus edən futbolçu: “Neftçi” rəhbərliyinin dediyi sözlər…” – MÜSAHİBƏ

Son turda “Neftçi”ylə qarşılaşmada Maradonasayağı qol vuran “Sumqayıt”ın futbolçusu Nurlan Novruzovun idmanxeber.com saytına müsahibəsi.

– İlk olaraq “Neftçi” ilə oyun haqda fikirlərini bilmək istəyərdim. 

– “Neftçi”ylə oyun bizim üçün çox vacib idi. Çünki “Neftçi” rəhbərliyi onlara aid olan futbolçuları qoymadı oynamağa və bu da bizə xüsusi güc verdi ki, onlara qalib gələk. Həqiqətən yaxşı oynadıq, sanki meydanda lider komanda olmağına baxmayaraq biz onlardan üstün təsir bağışladıq.

– Hesabı sən bərabərləşdirdin. Həmin anda əlinlə topu qapıya salaraq Maradonasayağı qol vurdun.

– Hesabı bərabərləşdirən qolu vurmağıma sevindim. Amma “Neftçi” rəhbərliyinin dediyi sözlər məni sevindirmədi. Mən futbolçuyam, meydanda hansı komandanın formasını geyinirəmsə, o komandanın qələbəsi üçün əlimdən gələni edirəm. Həqiqətən Maradonasayağı qoy vurmağım pis şey deyil. Bu futbolçu, bu cür qollar heç vaxt unudulmur. Hiyləgərlik olmasa, oyunun marağı olmaz.

– Hakim bu epizodla bağlı səndən nəsə soruşdumu?

– Hakim həmin epizodu görmədi, çünki rəqibin meydançasında çox oyunçu var idi. “Neftçi” tərəfi də etiraz eləmədi hakimə… Heç kim görmədi də… Nurik vurursa, o an hamının gözü görür (gülür)

– Komanda demək olar ki, qələbəyə həsrətdi. Az qala xal almaq sizin üçün bir arzuya çevrilib. Nolacaq axırı?

– Həqiqətən 3 xal aldığımız oyundan çox vaxt keçib. Yaxşı oynasaq da, 3 xal ala bilmirik. Rəqiblərimiz şanslıdır. Biz oynuyuruq, onlar bəzi səhvlərimizdən istifadə edib, qol vurur. Məncə yaxşı komandamız var və biz axırıncı yerdə qalmayacağıq. Son 3 oyundan maksimum xal toplayıb, istirahətə bir az normal gedəcəyik.

– “Bakı”yla ev, “İnter” və “Xəzər Lənkəran”la səfər oyununuz var. Dediyinizə inandız, yoxsa…?

– “Bakı”dan, “İnter”dən və “Xəzər Lənkəran”dan niyə də xal almayaqki…?

– Sizin geridə qalan turlarda göstərdiyiniz nəticələr və turnir cədvəlindəki yerinizə əsaslanaraq dedim.

– Məncə, elə komandamız vacib oyunlardan xallar alacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43