22 Yanvar 2025
Ölkə futbolu

“Neftçi”ni özünə qaytarmalıyıq” – Emil Səfərov

“Fasilədə yaxşı hazırlıq keçdik. Qəbələdə hər şey istədiyimiz kimi idi. İkinci dövrəyə qələbə ilə başlamaq istəyirdik. Ancaq təəssüf ki, alınmadı”.

Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin futbolçusu Emil Səfərov deyib. O, “Sabah”la heç-heçə (1:1) etdikləri görüş barədə də danışıb:

“Sabah”la oyunun çətin keçəcəyi bəlli idi. Yaxşı oynadığımızı düşünürəm. Rəqib də güclüdü, çempionatın iddialı komandasıdı. Hesabda geriyə düşsək də, cavab qolunu vurduq.

Ümumən komandada istək, aqressivlik, ab-hava yaxşı səviyyədədi. Xal qazanmaq pis deyil, amma biz hər oyuna qələbə üçün çıxırıq”.

22 yaşlı yarımmüdafiəçi qarşıdakı “Araz Naxçıvan” görüşündən də söz açıb. Səfərov komandanın zaman keçdikcə daha yaxşı olacağını bildirib:

“Qarşıda bizi çətin oyun gözləyir. “Araz Naxçıvan” çox yaxşı komandadı. Ancaq dediyim kimi, biz bundan sonra bütün oyunlarda qələbə barədə düşünürük. Azarkeşlər də bizdən bunu gözləyir. “Neftçi”ni özünə qaytarmalıyıq. Bütün məqsədimiz, istəyimiz budur. Komanda şəklində tək hədəfimiz addım-addım yuxarı pillələrə çıxmaqdı. Hər şeyin tam düzəlməsi üçün zamana ehtiyacımız var. Biz əlimizdən gələni edirik. Azarkeşlər dəstəklərinə davam etsinlər, hər şey daha yaxşı olacaq”.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43