Misli Premyer Liqasının 13-cü turu çərçivəsində “Neftçi” səfərdə “Sumqayıt”ın qonağı olacaq.
Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev İdmanxeber.az-a bildirib ki, komandanın heyətində cəzalı futbolçu yoxdu. Mert Çelik, Rəhman Hacıyev, Eddi İsrafilov və Sezar Meza Kolli zədə səbəbindən noyabrın 5-də keçiriləcək matçı buraxmalı olacaq. “Zirə” ilə oyunda sıradan çıxan Azər Əliyevin də durumu müəyyənləşib. Futbolçunun zədəsi ciddidi və onun “Sumqayıt”la oyunu buraxması ehtimalı yüksəkdi.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı saat 9:00-da başlayacaq.