"Çətin oyun oldu. Meydana qələbə üçün çıxmışdıq. Uzun müddətdi ki, “Qarabağ”la matçlarda qələbə qazana bilmirdik. Əziyyət çəkdik, bütün komanda yoldaşlarıma "çox sağol" deyirəm. Qələbə tək mənə yox, bütün komandaya aiddi. Qol vurduğuma görə şadam. Artıq növbəti oyuna hazırlaşmalıyıq".
Bu sözləri İdmanxeber.com-a açıqlamasında "Neftçi"nin futbolçusu Rəhman Hacıyev deyib.
"Qarabağ"la oyunda cərimə zərbəsindən fərqlənərək "Neftçi"yə 3 xal qazandıran futbolçu daha sonra sözlərinə belə davam edib:
"Futbolda zəif rəqib olmur. Heç bir şey dəyişməyib. Sadəcə olaraq, daha da ciddi hazırlaşırıq, əziyyət çəkirik".