“Neftçi”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, “Rapid” 2-ci təsnifat mərhələsinin cavab oyununda səfərdə “Lexiya”ya (Qdansk, Polşa) 2:1 hesabı ilə qalib gələrək “Ağ-qaralar”ın rəqibi olub.
Bu komandalar arasında ilk görüş qolsuz bərabərlik sona çatıb.
Qeyd edək ki, “Neftçi” “Rapid”ə qarşı ilk oyunun avqustun 4-ü evdə keçirəcək. Cavab qarşılaşması isə 1 həftə sonra Vyanada olacaq.