Ölkə futbolu

“Neftçi”nin 4 futbolçusu bu gün oynamayacaq

Azərbaycan Premyer Liqasının 30-cu turunda “Araz-Naxçıvan”la oyundan əvvəl “Neftçi”nin zədəli futbolçularının son durumu müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bubarədə klubun mətbuat xidməti məlumat yayıb.

Bərpa prosesi keçən Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov bu matçı buraxmalı olacaq. Dizindəki ağrılarla bağlı müalicəsi davam edən Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən Ataa Caber də “Araz-Naxçıvan”la matçda meydanda ola bilməyəcək.

Sözügedən oyun bu gün keçiriləcək və saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43