Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində növbəti matçlar keçirilir.
İdmanxeber.com-un məlumatına görə, ikinci təsnifatdan turnirə start götürəcək “Neftçi”nin rəqibinə böyük ölçüdə aydınlıq gəlib. Sloveniyanın “Koper” klubu səfərdə Monteneqro “Çelik”ini darmadağın edərək, “ağ-qaralar”a böyük ehtimalla rəqib olub – 5:0.