Serbiyanın “Partizan” klubu tarixinin ağır günlərindən birini yaşayır.
İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Kubokunun qalibi “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan komanda ardıcıl üçüncü məşqi də boykot ediblər.
Üç aydır ki, maaş ala bilməyən “Partizan”lı futbolçuların məşqləri bərpa etməsi gözlənilirdi. Lakin avqustun 13-də “Partizan” rəhbərliyinin baş məşqçi Marko Nikoliç və kapitan Saşa İliçlə keçirdiyi görüşdə verilən vədə yenidən əməl olunmayıb. Həmin görüşdə futbolçuların tez bir zamanda maaş alacaqları vədi verilsə də, sonradan rəhbərlik oyunçulara biraz da gözləməyi məsələhət görüb. Nətiəcədə komanda üzvləri maaşlarını almayana qədər boykotu davam etdirəcəklərini söyləyiblər.
Hətta klubun Avroliqadakı çıxışından da imtina etməsi iddia olunur.