Ötən gün keçirilən oyunlarla Topaz Premyer Liqasında 15-ci tura yekun vuruldu.
İdmanxeber.az-ın məlumatına görə, tur maraqlı məqamları ilə diqqət mərkəzinə düşdü. Belə ki, lider “Neftçi”ni məğlub edə bilməyən “Qarabağ”ın 2018/2019 mövsümündə ilk dəfə bir futbolçusu meydandan qovuldu. Qara Qarayev ötən gün qırmızı vərəqə almaqla TPL-də cari mövsümdə “Qarabağ”ın heyətində qovulan ilk futbolçu oldu.
Aktivində 3 qırmızı vərəqəsi olan “Neftçi”də bu göstərici Anton Krivotsyukun “köhlən atlar”la oyunda meydandan qovulmasından sonra 4-ə yüksəldi. İntizamsız komandaların sıyahısında 2-ci pilləyə yüksələn “Neftçi”ni “Qəbələ”dən cəmi 1 sarı vərəqə ayırır.
İntizamsız komandalarda ilk “üçlük” aşağıdakı kimidi:
1) “Qəbələ”: 34 sarı vərəqə, 4 qırmızı vərəqə
2) “Neftçi”: 33 sarı vərəqə, 4 qırmızı vərəqə
3) “Sumqayıt”: 28 sarı vərəqə, 4 qırmızı vərəqə