Ölkə futbolu

“Neftçi”nin baş hakimə qarşı qisas Planı

“Neftçi” XX tur çərçivəsində keçirilən “Xəzər Lənkəran”-“Neftçi” matçından sonra AFFA İntizam Komitəsinin çıxardığı bəzi qərarlarla razışalmayaraq AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə rəsmi şikayət məktubu ünvanlayıb.

Etiraz məktubunda bir sıra maraqlı məqamlar öz əksini tapıb. Belə ki, “Neftçi”nin bir neçə futbolçusu oyunun baş hakimi Rəhim Həsənov tərəfindən matç zamanı dəfələrlə təhqir edildiklərini iddia ediblər və buna görə də hakimin cəzalanmasını tələb ediblər.

Bundan başqa etiraz məktubunda “Neftçi”nin bir neçə futbolçusuna verilən qırmızı vərəqənin ləğv edilməsi də yer alıb. Xatırladaq ki, “Xəzər Lənkəran” “Neftçi” matçında 3 futbolçu- Tərlan Quliyev, Karlos Kardozo və Bruno Bertuççi qırımızı vərəqə alıblar. Mahir Şükürov isə azarkeşlərə göstərdiyi qeyri-etik əl hərəkətinə görə cəzalanıb.

Bu məsələni maraqlı edən faktlardan biri də  futbolçuları təhqir etdiyi iddia edilən hakim Rəhim Həsənovun XXI turun heç bir oyununa təyinat almamasıdır. Bu fakt artıq Həsənovun cəzalandırılması kimi qiymətləndirilə bilər.(qafqazinfo.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sumqayıt” – “Qəbələ” oyunu canlı yayımlanacaq

admin

Rivaldonun oğlu “Neftçi”yə keçə bilər

admin

Mustafa Dənizli Yuri Syomini çaş-baş salmaq istəyir

admin