23 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi”nin baş məşqçisi “Styaua”ya qayıtmaq istəyir – iddia

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın “Styaua” komandasına keçə bilər.

İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki,  jurnalist Horia İvanoviç 47 yaşlı mütəxəssisin daim klub prezidenti Cici Bekaliyə zəng etdiyini bildirib. O, Regekampfın “Styaua”ya keçmək istədiyini iddia edib.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43