“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bundan sonra mətbuat konfranslarına qatılmayacağını bildirib.
İdmanxeber.com-a açıqlama verən Hacıyev bunu belə izah edib:
“Bugünləri mən jurnalistlər üçün hazır “yeməm”. Hansı məşqçi mənim kimi kəskin fikirlər söyləyir? Heç kim! Hamı özünə xal yığır. Bundan sonra mən mətbuat konfranslarına gəlməyəcəm. Köməkçilərimi göndərəcəm. Bəzi insanları boykot edəcəm”.