Topaz Premyer Liqasının VI turunda “Neftçi” səfərdə “Qəbələ” ilə üz-üzə gəldi. Arif Əsədovun rəhbərlik etdiyi komanda səfərdən 1 xalla dönməyi bacardı.
İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov oyundan sonra bu fikirləri səsləndirib:
“Biz qələbə üçün gəlmişdik. Oyundan öncə futbolçulara tapşırmışdıq ki, rəqibi öz meydançasına sıxsınlar. İlk hissədə bizim çox üstünlüyümüz vardı. Ümumiyyətlə, görüş “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Oyundan razı qaldım. Sonluqlar heç də yaxşı alınmadı. Bunun üzərində işləyəcəyik. “Qəbələ” komandasına isə növbəti görüşlərdə uğurlar arzu edirəm”.