24 Dekabr 2024
Ölkə futbolu

“Neftçi”nin bəxti gətirdi”

“Neftçi” ilə oyuna ciddi hazırlaşmışdıq. Ancaq istədiyimiz nəticəni qazana bilmədik. Biz əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Əvəzində “Neftçi” bütün şanslarından yararlandı və qalib gəldi. Biz həmin oyunda azı 1 xal qazanmalı idik. Bizim bəxtimiz gətirmədi“.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Bakı”nın futbolçusu Nurlan Novruzov deyib.

Hazrda bopmbardirlər siyahısında 5 qolla ikinci olan hücumçu cəza səbəbindən “Qəbələ” ilə oyunu buraxacaq. 

Novruzov geridə qalan turlarda göstərdiyi oyunla milli komandaya dəvət alacağına ümidlidi:

“Bu mövsüm iddialarım böyükdü. Çoxlu qol vurub bombardir olmaq istəyirəm. Milliyə dəvət olunub-olunmayacağıma gəlincə…. Milli komandada oynamaq şərəfdi. Məni də çağırsalar can-başla çıxış edərəm. Nə vaxt layiq bilsələr o zaman bu formanı tərlədəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43