30 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”nin biabırçı bəyanatı Rusiya mətbuatında (FOTO)

Öncədən də xəbər verdiyimiz kimi, “Neftçi”nin kapitanı Araz Abdullayevin döydüyü azarkeş Nurlan Əzizə 5 sutkalıq həbs cəzası verilib. Bundan sonra paytaxt klubu rəsmi saytında bəyanat yayaraq klubun sadiq azarkeşlərindən olan Nurlanı “kənar şəxs” kimi təqdim edib.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin sadiq azarkeşinə göstərdiyi laqeyidlilik Rusiyanın məşhur idman saytlarında olan “sports.ru”-nun diqqətindən yayınmayıb. 

Sayt oxucuları üçün Nurlanın “Neftçi”nin sadiq azarkeşi olduğunu əks etdirən fotolar yayımlayıb və klklubunun yaydığı biabırçı bəyanata da toxunulub. 

Sonda isə azarkeşin həbs olunması da qeyd olunub.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43