Kateqoriyasız

“Neftçi”nin “Bolt Arena”dakı açıq məşqinin vaxtı açıqlandı

Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena” stadionunda keçiriləcək HİK-lə oyundan öncə “Neftçi”nin baş məşqçisi Samir Abasov və paraqvaylı futbolçu Sezar Meza Kollinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Tədbir avqustun 11-də Bakı vaxtı ilə saat 19:30-dan etibarən “Bolt Arena”nın mətbuat zalında keçiriləcək. Konfransdan sonra, saat 20:00-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 12:00-da rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi), 13:45-də isə mətbuat konfransı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43