27 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”nin böyüklüyünü göstərən 3 məqam

Dünən hamının gözlədiyi Superkubok baş tutdu. Prinsipial rəqiblərin duelində bu dəfə gülən tərəf "Xəzər Lənkəran" oldu.

Naxçıvanda 10 minə yaxın azarkeşin izlədiyi derbidə hər şey var idi. Son 3 qat Azərbaycan çempionu, ölkə kubokunun qalibi "Neftçi" yenilgiyə baxmayaraq şən, "heç nə olmamış kimi" bir görüntüyə sahib idi. Təbii ki, paytaxt klubunu dünən ən çox üzən kubokun itirilməsi yox, Kardozonun səhhəti ilə bağlı idi. Oyunda və ondan sonra diqqətimi çəkən 3 məqamı nəzərinizə çatdırıram.

1.Gərginliyin son həddə çatdığı, qalmalların ard-arda sıralandığı matçın gedişində Kardozo zədələndi. Təcili tibbi yardım maşını stadiona gəldikdən sonra braziliyalı müdafiəçi xəstəxanaya aparıldı. Bu anda klubun vitse-prezidenti Tahir Süleymanov bu cür bir oyunu yarımçıq qoyaraq futbolçuyla birgə xəstəxanaya yollandı. Bu cür prinsipial matçda əsas kubok yox, komandanın futbolçusunun səhhəti idi ki, bunu da Süleymanov etdi. O, gərginliyin son həddə olduğu matçda tələm-tələsik tibbi yardım maşınına minib, xəstəxanaya yollandı. Bax bu amil əsl alqışa layiq idi.

2. Matçdan sonra məğlubiyyət üzüntüsü "Neftçi" futbolçularının, rəhbərliyinin üzündə əks olunsa da, onlar bu cür qalmaqallı oyundan sonra "Xəzər Lənkəran" tərəfini elə meydançada təbrik etməyi unutmadılar. Klubun prezidenti Sadıq Sadıqov, Mais Mənsimovu və futbolçuları, mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə öz həmkarı Hüseyn Cəbrayıloğlunu bərk-bərk qucaqlayıb təbrik etdi. Bununlada onlar "Neftçi"nin necə bir böyük klub olduqlarını bir daha sübut etmiş oldular.  

3. Superkubokdan sonra hər iki klub "Nəqşicahan" restoranında bir araya gəldi. Burada da "Neftçi" tərəfi qalib olan komandanın üzvlərini bir daha təbrik edib, onlara uğurlar arzu etməyi unutmadılar. Dünənki matçdan sonrakı yaşananlar həqiqətən sevindirci idi.

Ümumiyyətlə dünənki matçdan sonra sanki hər iki klub kubok qazanmış, bir-biriləri ilə bu sevinci qeyd edirdilər. 

Ardı gəlsin…

Səxavət

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43