Ölkə futbolu

“Neftçi”nin dili qatlanan futbolçusunun son durumu – Açıqlama

Birinci divizionun 16-cı turu çərçivəsində fevralın 8-də keçirilən Neftçi-2” – “Mingəçevir” matçının 71-ci dəqiqəsində dili qatlanmış Bakı klubunun futbolçusu Həbib İsmayılovun durumuna aydınlıq gəlib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc futbolçu  müayinədən keçib. “Neftçi-2”-nin həkimi Famil Şıxəliyev klubun rəsmi saytına açıqlamasında bu barədə məlumat verib:

“Futbolçumuz Həbib İsmayılovun çənə sümüyünün KT-si nəticəsində zərbədən sonra əmələ gəlmiş sümük kontuziyasi mövcuddur. Boyun nahiyəsinin KT-sində heç bir zədə əlaməti müəyyən olunmayıb. Onun heç bir həyatı təhlükəsi olmadığı müəyyən edilib. Həbib 24 saat həkim nəzarətində (müalicə olunduğu hospitalda – red.) qaldıqdan sonra bu gün evə buraxılacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43