“Neftçi” rəhbərliyi komandanın Azərbaycan Kubokunda final mərhələsinə yüksəlməsinə biganə qalmayıb.
Yarımfinalın ilk oyununda səfərdə “Turan Tovuz”a 1:0 hesabı ilə məğlub olan “ağ-qaralar” cavab matçında rəqibini keçməyi bacarıb. “Bakcell Arena”da keçirilən gərgin mübarizədə paytaxt təmsilçisi son dəqiqələrdə vurduğu qollarla 2:0 qələbə qazanıb.
Rəhbərlik komandanın əzmkar mübarizəsini yüksək qiymətləndirib. İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Turan Tovuz”a qarşı çıxış edən əsas heyət üzvlərinin hər birinə 10 min manat mükafat verilib.
Bu məbləğin 75 faizi sonradan meydana daxil olanlara, 5 min manat isə ehtiyat skamyasında oturanlara verilib.
Xatırladaq ki, ölkə kubokunun finalında “Neftçi” “Qəbələ” ilə üz-üzə gələcək. Görüş iyunun 3-də “Bakcell Arena”da baş tutacaq.