Kateqoriyasız

“Neftçi”nin futbolçusu 50-yə çatdı

Premyer Liqanın XIII turu “Neftçi”nin futbolçusu Soni Mustivar üçün əlamətdar olub.

Haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib. “Səbail”lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən əcnəbi 3 qol vurub.

2018-ci ildən paytaxt təmsilçisinin şərəfini qoruyan 29 yaşlı oyunçu Premyer Liqada 39, Azərbaycan kubokunda 4, Avropa Liqasında 7 dəfə şans qazanıb. O, qollarından ikisini çempionat, birini kubokda vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43