22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi”nin futbolçusu Gürcüstan millisinə çağırıldı

“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinə dəvət olunub.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu millinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

Gürcüstan yığması toplanış çərçivəsində noyabrın 17-də Mərakeş millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Kvirkveliya Gürcüstan millisinin heyətində 46 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43