Kateqoriyasız

“Neftçi”nin futbolçusu “Keşlə”də

“Keşlə” dövrələrarası fasilədə ilk transferini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Tural Axundovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” kimi klublarda oynamış 32 yaşlı futbolçunun son iş yeri “Neftçi” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43