25 Fevral 2025
Ölkə futbolu

“Neftçi”nin futbolçusu rəmzi komandada

“Neftçi”nin futbolçusu Mustafa Sek “Sumqayıt” görüşündəki performansına görə fərqlənib.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu legioner həyatı yaşayan seneqallı futbolçulardan ibarət həftənin rəmzi komandasına düşüb. O, “kimyaçılar”a qarşı çıxışı ilə heyətə düşməyə layiq görülüb. 

Qeyd edək ki, Musfata Sek 2024-cü il avqustundan “Neftçi”də çıxış edir. O, bu mövsüm “Neftçi”də 21 oyuna çıxıb və 2 qol ötürməsi edib.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43