Superkubok oyununda “Neftçi” “Xəzər Lənkəran”la qarşılaşır.
Oyunun gedişatında “Neftçi”nin futbolçusu Oskar Kardozo “Xəzər Lənkəran”ın hücumçusu Mbilla Etame ilə toqquşaraq ağır zədə aldı. Futbolçu təcili tibbi yardım vasiitəsilə xəstəxanaya aparıldı. “Flaqman”ın vitse-prezidenti Tahir Süleymanovda həmin maşınla xəstəxanaya yollandı.