“Neftçi”dən ayrılan Deniz Silva karyerasını “İnter”də davam etdirə bilər.
İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın da şərəfini qorumuş “sambaçı” “bankirlər”lə danışıqlar aparır.
Artıq tərəflər böyük ölçüdə razılığa gəliblər. Yaxın günlərdə braziliyalı futbolçunun “İnter”lə bir illik müqaviləyə imza atması gözlənilir.