29 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”nin HİKkəsizliyi

Yoluna Avropa Liqasında davam edən son ölkə çempionu “Neftçi” ötən gün HİK-i doğma azarkeşlər önündə məğlub edə bilməməklə minimum Konfrans Liqasının qrup mərhələsinə mümkün vəsiqəni təmin etməsi də sual altına düşdü. Buraxılan səhvlər, müdafiədəki boşluq sonucda nəticəyə təsirini göstərdi.

Ötəngünkü oyun hücum problemi ilə yanaşı, həm də müdafiədə xeyli çatışmazlıqların olduğunu göstərdi. Müdafiədə Mbodj və Stankoviç cütlüyünə rəqib yoxdursa, hücumçu transferi avrokuboklarda 5-ci oyununda da həlllini tapmayıbsa Avropa arenasında hansı uğurdan danışmaq olar? “Neftçi”nin bütün oyunlarda qapısında qol görməsi müdafiədə buraxılan boşluğun nəticəsi idi.

Hələ komanda ÇL oyunlarına hazırlaşarkən məlum çatışmamazlıqlar, boşluqlar mediada günlərlə yazıldı, deyildi. Ancaq bu və digər formada yeni transferlərin, konkret desək hücumçu transferi müşkülə çevirildi. Və nəticədə klub bunun hələ də acısını çəkməkdədi. Uzun müdətən sonra çempion olan “Neftçi” özünü ÇL-ə hazırlaya bilmədi. Mövsümün müəyyən bir hissəsindən sonra komandanın çempionluq şansları daha real göründüyü andan klub indiki kimi daha istəkli transfer çalışmalarını davam etdirsəydi, mövqelər üzrə ehtiyac duyulan oyunçunu ÇL matçlarına kimi heyətinə qatmış olardı. Ki, olmadı və “ağ-qaralar” hazırda istəyin, əzmkarlığın nəticəsində uğur qazanmaq üçün çalışır.

Ötəngünkü oyun göstərdi ki, diqqətli və intizamlı oyun ortalığa qoyulsa HİK keçiləsi rəqibdi. Minimum boşluq verməklə, müsbət sonluq əldə etmək olar. “Neftçi” onun üçün avrokubokların erkən bitməsini istəmirsə Helsinkidə hirsini, HİKkəsini ortaya qoymalıdı.

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43