Kateqoriyasız

“Neftçi”nin hücumçusu milliyə çağırıldı

“Neftçi”nin hücumçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 13-dən 21-nə kimi BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

Belarus millisi toplanış çərçivəsində noyabrın 17-də Suriya, 20-də isə Oman yığma komandaları ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43