09 Avqust 2022
Kateqoriyasız

“Neftçi”nin ilk matçının başlama saatı dəyişdirilib

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin “Sakaryaspor”a qarşı keçirəcəyi yoxlama matçının başlama saatı dəyişdirilib.

İdmanxeber.az Sakarya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, iyulun 6-da oynanılacaq qarşılaşma nəzərdə tutulduğu kimi saat 17:00-da deyil, 15 dəqiqə tez başlayacaq. Bu qərar komandaların qarşılıqlı razılığı ilə qəbul olunub.

Görüş “Esentepe” hotelinin meydançasında baş tutacaq.

Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Qrupumuzu əlverişli adlandırmaq olar” – Yığmamızın kapitanı

admin

Salyanda idmançıları daşıyan avtobus aşdı, 1 nəfər öldü

admin