Ölkə futbolu

“Neftçi”nin kamerunlu forvardı sabah gəlir və…

“Böyük oyun”da “Xəzər Lənkəran”ı məğlub edən “Neftçi” “Qəbələ” ilə səfər matçına hazırlaşır.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, paytaxt klubunda Ernest Nfor xaric başqa zədəli futbolçu yoxdu.

Kamerunlu forvard sabah Bakıda olacaq və tibbi müayinədən keçəcək. Bundan sonra onun nə vaxt “Neftçi”yə kömək edə biləcəyi dəqiqləşəcək.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçı sentyabrın 21-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43