28 Fevral 2024
Premyer Liqa

“Neftçi”nin kapitanı azarkeşlərə səsləndi: “…ehtiyacımız olacaq”

“Çətin oyun olacağını bilirik. “İnter”in zəif çıxışı bizi arxayınlaşdırmır. Rəqibə hörmətlə yanaşırıq”. 

Bu sözləri “Neftçi”nin futbolçusu Rəşad Sadiqov deyib.

Paytaxt klubunun kapitanı yalnız qələbə haqqında düşündüklərini bildirib: 

“Komanda olaraq yalnız qələbəyə köklənmişik. Sabahkı oyunda azarkeşlərimizin güclü dəstəyinə ehtiyacımız olacaq. İnanıram ki, qələbə qazanıb turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıracağıq”

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu sabah saat 19:00-da “Baksell Arena”da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43