“Neftçi”nin futbolçusu Kilan Lebon Saint Martin millisinin heyətində növbəti oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu KONKAKAF Millətlər Liqası çərçivəsində Qrenada komandasına qarşı matçın iştirakçısı olub. Lebonun dubl etdiyi matçı Saint Martin 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Saint Martin 6 oyundan sonra öz qrupunda 6 xalla sonuncu yerdədir.