Millətlər Liqası qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin futbolçusu Kilian Lebonun çıxış etdiyi Sen-Martin səfərdə Sent Lyuis millisi ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsiylə başa çatıb – 4:0.
Lebon da bu görüşün iştirakçısı olub. 27 yaşlı vinger komandasının 1-ci və 3-cü pollarını müəllifi olub.
Qrupda ilk qələbəsini qazanan Sen-Marten yığması 4 komanda arasında sonuncu pillədə qərarlaşıb.