05 Dekabr 2024
Ölkə futbolu

“Neftçi”nin legioneri qol vurdu, sevinmədi, üzr istədi – VİDEO

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində hazırda I Liqa təmsilçisi “Difai” ilə qarşılaşır və ilk hissədə vurduğu qollarla 3:0 hesabı ilə öndədi.

İdmanxeber.az-ın məlumatına görə, oyunda komandasının 3-cü qolunu vuran Yuri Matias sevincini azarkeşlərə üzünü tutaraq üzr istəməklə qeyd edib.

Belə ki, braziliyalı müdafiəçi “Qarabağ”la matçda kobud səhv etmiş, nəticədə Ağdam klubu hesabı açmışdı. Məhz Matiasın bu kobud səhvi azarkeşlər tərəfindən birmənalı qarşılanmamışdı. Təcrübəli futbolçu da kubok oyununda vurduğu qoldan sonra əllərini havaya qaldıraraq azarkeşlərdən üzr istəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43