06 Fevral 2025
Kateqoriyasız

“Neftçi”nin menyusuna: Bunlar nə yeyir, nə içir? (FOTOLAR)

Araşdırsan Azərbaycan futbolunda “N” qədər yaşını azaltmış, lori dildə desək “lipa” taparsan.

Biz sizə AFFA U-14 liqasında keçirilən 13 yaşlı uşaqların çempionatında baş tutan “Neftçi” – “Sumqayıt” matçından fotolar təqdim edirik. Fotolarda “Neftçi”nin 13 yaşlı futbolçularına diqqətlə baxın. Buradakı futbolçuların hamısının 13 yaşı var? 

Bəlkə də buradakı bir neçə futbolçunun yaşı azı 15-16 olar. Ən azı… Yox, əgər həqiqətən də bu futbolçular “lipa” deyilsə o zaman mənə maraqlıdı: bunlar nə yeyir, nə içir?

Çox güman ki, hazırkı rəhbərliklə əsas komandası nəticə verməyən “Neftçi” aşağı yaş qruplarında bu cür saxtakarlıq edərək əldə edəcəkləri uğuru qazanc hesab edəcəklər.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43