Serbiya Superliqasında yeni mövsüm start götürüb.
İdmanxeber.com-un məlumatına görə, UEFA Avropa Liqasının pley-off mərhələsində “Neftçi”nin rəqibi olan “Partizan” Serbiya çempionatında bu gün yeni 2014-2015 mövsümünün ilk matçını keçirəcək.
Səfərdə “Vozdovaç” klubu ilə qarşılaşacaq “Partizan”ın bu oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, püşkə əsasən “Neftçi” ilk oyunu 21 avqustda Serbiyada keçirəcək. Bundan 1 həftə sonra – 28 avqust cavab matçı Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq.