Kateqoriyasız

“Neftçi”nin növbəti həmləsi – Sabiq kapitan “yuva”ya dönür

“Neftçi” sabiq futbolçusu Araz Abdullayevi komandaya qaytarmağı düşünür.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” hazırda karyerasını Kiprin “Etnikos” klubunda davam etdirən 29 yaşlı milli üzvünü ən pis halda yayda heyətinə qatmağı düşünür. Axna təmsilçisi ilə 2022-ci ilin yayına kimi müqaviləsi olan Abdullayev karyerasını yenidən Azərbaycanda davam etdirməyə razı olduğu bildirilir.

Qeyd edək ki, Araz Abdullayev Kipr klubunda meydana çıxdığı 12 oyunda qol vura bilməyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43