Kateqoriyasız

“Neftçi”nin “Olimpiakos”la keçirəcəyi oyunlar canlı yayımlanacaq

Xəbər verdiyimi kimi, “Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun həm Yunanıstandakı, həm də Bakıdakı oyunu ölkəmizdə canlı yayımlanacaq. Sözügedən görüşləri CBC Sport kanalı canlı olaraq azarkeşlərə nümayiş etdirəcək.

Qeyd edək ki, “Neftçi” “Olimpiakos”la iyulun 21-də səfərdə, iyulun 28-də isə Bakıda qarşılaşacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43