Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Partizan” – “Neftçi” matçının hakimləri bəlli olub.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Belqradda keçiriləcək oyunu türkiyəli hakimlər briqadası idarə edəcək.
Baş hakim: Hüseyin Göcek
Baş hakimin köməkçiləri: Mustafa Emre Eyisoy, Orkun Aktas
Dördüncü hakim: Süleyman Abay
(Hakimləri briqadası Türkiyədəndir)
UEFA nümayəndəsi: Joao Morais (Portuqaliya)
Hakim-inspektor: Adrian D. Casha (Malta)
Qeyd edək ki, avqustun 21-də Serbiyada keçiriləcək “Partizan” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.