Kateqoriyasız

“Neftçi”nin prezidenti bacarıqsız futbolçu üçün dedi ki, ona oynamağa şərait yarat”

2008-2009-cu illərdə “Neftçi”nin baş məşqçisi olmuş Hans-Yurgen Gede “Vnexpress” nəşrinə müsahibə verib.

63 yaşlı mütəxəssis “Neftçi”də işlədiyi dönəm haqda danışarkən prezidentin onun işinə qarışdığını söyləyib:

“Neftçi”nin prezidenti zəngin və səxavətli adam idi. Ancaq o, baş məşqçi olmağı sevirdi. Tez-tez işə müdaxilə edirdi. Sonra kulminasiya nöqtəsi oldu. Mənim əlimə bir hücumçu verdi, amma o, çox bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona oynamağa şərait yarat”.

Həmin vaxt paytaxt klubunun prezidenti Əkbər Hacıyev olub. Alman mütəxəssis hazırda Vyetnam Futbol Federasiyasının texniki direktoru vəzifəsində işləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43