Ölkə futbolu

“Neftçi”nin qapıçısı rəsmən “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” “Neftçi”nin qapıçısı Emil Balayevi rənglərinə bağlayıb. Belə ki, bu gün baş tutan danışıqlardan sonra Emil Naxçıvan təmsilçisinin şərəfini qorumağa razılıq verib.

Xatırlatma üçün bildirək ki, 1,87 metr boya sahib olan 19 yaşlı dəri əlcək sahibi “Neftçi” klubunun yetirməsidir. 2011-2012-ci illərdə icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyub. 21 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü olan gənc qolkiper 4 dəfə millidə “çərçivə” qorumaq şansı qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43