“Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib.
İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qolkiper son məşqlərdən birində daban oynağından zədə alıb. Həkimlərin rəyinə görə, Məmmədov 3-4 həftə müalicə olunacaq. O, yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.
Qeyd edək ki, təcrübəli qapıçı bu ilin yanvarında “Qəbələ”dən “Neftçi”yə transfer olunub.