Yanvarın 11-dən 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Neftçi”nin hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən altısının adı müəyyənləşib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paxtaxt təmsilçisi “Hajer” (Səudiyyə Ərəbistanı), “Foolad” (İran), “Guizhou Rehne” (Çin), “Volın” (Lutsk, Ukrayna) və Moskva “Dinamo”sunun U-23 komandası ilə qarşılaşacaq.
Bütün oyunlar “Mardan İdman Kompleksi”nin stadionunda oynanılacaq.
“Neftçi”nin bu matçlardan başqa, daha bir yoxlama görüşü nəzərdə tutulur.
Artıq komandanın yoxlama oyunlarının təqvimi də dəqiqləşib.
14 yanvar, 2015-ci il
“Neftçi”-“Hajer” (Səudiyyə Ərəbistanı)
17 yanvar
“Neftçi”-“Foolad” (İran)
20 yanvar
“Neftçi”-“Guizhou Rehne” (Çin)
21 yanvar
“Neftçi”-“Volın” Lutsk (Ukrayna)
23 yanvar
“Neftçi”-“Dinamo” (Moskva, U-23)