29 Sentyabr 2024
İdman

“Neftçi”nin “Qəbələ” qarşısında ev oyunu statistikası

Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi” ilə “Qəbələ” çempionat tarixində 33-cü dəfə üz-üzə gələcək. 

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu bu qarşılaşmada uğursuzluq sindromuna son qoymağa çalışacaq.

 

Məsələ burasındadı ki, bakılılar artıq 3 ildi öz meydanında “Qəbələ”yə qalib gələ bilmir. “Neftçi” sonuncu dəfə 2013-cü il dekabrın 15-də bu rəqibinə doğma arenada (2:1) qalib gəlib. Həmin vaxtdan bəri tərəflər arasında Bakıda baş tutmuş 5 qarşılaşmanın 4-də “Qəbələ” qələbə qazanıb, 1-də isə heç-heçə qeydə alınıb.

 

Son 3 ev oyununun hamısında uduzan “Neftçi” axırıncı dəfə “Qəbələ”dən 2014-cü ilin noyabr ayında qolsuz bərabərlik sayəsində 1 xal ala bilib. Ümumiyyətlə, bu iki komanda arasında son 10 oyunun heç birində meydan sahibi olan tərəf qələbə üzü görməyib.(apasport)

 

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı sentyabrın 10-da “Əlincə Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43