Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Koper”-“Neftçi” matçını Fransadan olan hakimlər briqadası idarə edəcək.
İdmanxeber.com-un məlumatına görə, matçın baş hakimi Benoit Millot olacaq. Ona həmyerliləri- Stephan Luzi, Cyril Saint Cricq Lompre və Sebastien Moreira kömək edəcəklər.
UEFA nümayəndəsi-Tormod Larsen (Norveç)
Hakim-inspektor – Alfredo Trentalange (İtaliya)