Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Aris”in daha bir futbolçusu zədələnib. İdmanxeber.az-ın məlumatına görə, Kipr klubu təmsilçimizlə görüşdə yeni transfer Karol Struskinin xidmətindən məhrum qalacaq.
“Dnepr”lə yoxlama görüşündə zədələnən 21 yaşlı yarımmüdafiəçinin körpücük sümüyünü sındığı üçün əməliyyat olunub. Onun təxminən 3 ay meydanlardan uzaq qalacağı bildirilir.
Daha əvvəl isə komandanın qabonlu hücumçusu Şavi Babiçkanın da zədə səbəbindən “Neftçi” ilə görüşü buraxacağı açıqlanmışdı.
“Aris” – “Neftçi” matçı iyulun 21-də “AEK Arena”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra “Bakcell Arena”da baş tutacaq.