Avropa Liqasının pley-off mərhələsində “Neftçi”yə rəqib olan “Partizan” bu gün Serbiya çempionatının üçüncü turunun oyununa çıxıb.
İdmanxeber.com-un məlumatına görə, “Partizan” “Donji Srem”i 3:0 hesabı ilə məğlub edib. Beləliklə, ardıcıl üç oyunda qalib gələn “Partizan” 9 xalla liderliyə yüksəlib.
Qeyd edək ki, “Partizan”ın növbəti matçı avqustun 28-i Bakıda “Neftçi”yə qarşı olacaq.