Avroliqanın pley-off mərhələsində “Neftçi” ilə qarşılaşacaq olan “Partizan” maliyyə böhranı ilə əlaqədar oyunçuları ilə yaranmış maaş problemini qismən həll edib.
İdmanxeber.com-un məlumatına görə, futbolçular bir neçə aylıq ödənilməyən maaşlarının bir hissəsini alıblar. Məşqçi heyətinin və oyunçuların maaşlarının qalan hissəsi avqustun 20-də ödəniləcək. Klub rəhbərliyi bu problemin tezliklə həll olunacağına söz verib.
Qeyd edək ki, məlumatı Serbiya mətbuatı yayıb.