“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Türkiyə Super Liqa klubunu çalışdıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Kayserispor” rumıniyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Rəhbərlik ötən gün baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırıb.
Hazırda Mutu ilə Kayseri klubu arasında danışıqlar gedir
Qeyd edək ki, Adrian Mutu 2023/2024 mövsümünün ilk yarısında “Neftçi”nin baş məşqçisi olub.