17 Fevral 2025
Kateqoriyasız

“Neftçi”nin sabiq futbolçusu Bakıya gəlmir

Avqustun 20-də yoldaşlıq oyunu çərçivəsində Bakıda millimizin qonağı olacaq Özbəkistan yığmasının ilkin heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Özbəkistan milisinin oyunçularının arasında “Neftçi”nin sabiq futbolçusu Bahadır Nəsimov yoxdur.

Qapıçılar: Eldorbek Suyunov (“Nasaf”), Nikita Rıbkin (“Paxtakor”), Abdumavlon Abducəlilov (“Neftçi”)

Müdafiəçilər: Yeqor Krimets (“Paxtakor”), Bobur Yuldoşev (“Lokomotiv”, Rusiya), Davron Xrşimov (“Paxtakor”), Səlim Mustafoyev (“Paxtakor”), İslom Tixtaxijayev (“Lokomotiv”), Şerzod Fayziyev (“Maşyal”), Azamat İsroylov (“Olmalik”)

Yarımmüdafiəçilər: Diyor Turopov (“Olmalik”), Azim Əhmədov (“Novbahor”), Dilşod Jirayev (“Bunyodkor”), Fozil Musayev (“Lokomotiv”), Camşid İskəndərov (“Paxtakor”), Vladimir Kozak (“Paxtakor”)

Hücumçular: Şahzod Nurmətov (“Metallurq”), İvan Naqayev (“Lokomotiv”), Navruz Olimov (“Kızılkum”), İvan Sergeyev (“Paxtakor”)

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Özbəkistan matçı saat 21:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43